Türkiyə - Azərbaycan oyununda qalib müəyyənləşmədi

Türkiyə - Azərbaycan oyununda qalib müəyyənləşmədi
  29 İyun 2022    Oxunub:1427
İstanbulda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurublar.

Qeyd edək ki, komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti