Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir

   Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir
  29 İyun 2022    Oxunub:1414
Bu gün Bakıda Azərbaycan və Özbəkistanın qadın sahibkarlarının iştirakı ilə biznes forum keçirilir.
AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Hicran Hüseynova və Özbəkistan parlamentinin sədri Tənzilə Babayeva iştirak edir.

Biznes-forumun məqsədi iki ölkə arasında yüksələn xətdə olan iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmək, yeni əməkdaşlıq imkanları qazanmaq, birgə layihələri müzakirə etməkdir.

Tədbirdə Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva, Özbəkistan tərəfdən isə bu ölkənin “QPZ-27” şirkətinin təsisçisi Sevara Latipova, “XumoSB” şirkətinin təsisçisi Sitorabonu Abdurasulova, "Özbəkistan Xalq Bankı”nın İdarə Heyətinin sədr müavini Gülzoda Rəşidova çıxış ediblər.

Biznes-forumda memorandumun və müqavilələrin imzalanması, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti