Teymur Rəcəbov çinli şahmatçını məğlub etdi

Teymur Rəcəbov çinli şahmatçını məğlub etdi
  01 İyul 2022    Oxunub:2576
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
AzVision.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.

26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti