İranda güclü zəlzələ: Ölən və yaralılar var

   İranda güclü zəlzələ:    Ölən və yaralılar var
  02 İyul 2022    Oxunub:2509
İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.

Lakin yerli media hakimiyyət orqanlarına istinadən baş verən zəlzələdə 5 nəfərin həlak olduğu, daha 44 nəfərin xəsarət aldığını yazıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti