Qanunsuz balıq ovlayan 953 nəfər saxlanıldı

Qanunsuz balıq ovlayan 953 nəfər saxlanıldı
  02 İyul 2022    Oxunub:2199
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxsləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda su hövzələrini çirkləndirməməyə çağırır.

AzVision.az


Teqlər: Ekologiya  





Xəbər lenti