Qadını içki düşkünü olan olan atası və qardaşı döydü

   Qadını içki düşkünü olan olan atası və qardaşı döydü
  04 İyul 2022    Oxunub:938
“Dünən iki qadın fiziki zorakılığa məruz qalıb”.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, qadının biri içki düşkünü olan olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:

“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti