Bu barədə
AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, müəyyən edilib ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək üçün qulluq mənafeyinə qəsdən zidd olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2021-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif tikinti işləri ilə bağlı layihələr çərçivəsində mexanik-elektrik və zəif axın sistemləri üzrə işlərin yerinə yetirilməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda şəxs mexanik-elektrik və kommunikasiya xəttlərinin çəkilməsi xidmətlərin yerinə yetirilməsinə cəlb edilib.
Göstərilən fakt üzrə Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.
AzVision.az