Azərbaycan üzgüçüsü Avropa çempionatında növbəti dəfə finala yüksəlib

Azərbaycan üzgüçüsü Avropa çempionatında növbəti dəfə finala yüksəlib
  07 İyul 2022    Oxunub:1112
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında növbəti dəfə finala yüksəlib.
AzVision.az -ın məlumatına görə, 18 yaşlı idmançı yarımfinal mərhələsində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə finişə 54,11 saniyəyə çatıb.

Final iyulun 8-də olacaq.

Qeyd edək ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.


Teqlər:





Xəbər lenti