Bu barədə
AzVision.az -a Baş Prokurorluğundan məlumat verilib. Müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib, Zaur Sadıqov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.
Zaur Sadıqova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az