Yarışa Consonun maskası ilə çıxdı - VİDEO

   Yarışa Consonun maskası ilə çıxdı -    VİDEO
  09 İyul 2022    Oxunub:1288
Britaniyalı boksçu Derek Çisora ​​Bolqarıstanlı Kubrat Pulevlə döyüş öncəsi üzləşmə zamanı maraqlı addım atıb. AzVision.az xəbər verir ki, idmançı Böyük Britaniyanın Baş naziri Boris Consonun maskasını taxıb.
Qeyd edək ki, iki veteran ağır çəkili idmançı iyulun 9-da Londonda döyüşəcək.
Çisora ​​və Pulev ilk dəfə 2016-cı ilin mayında Hamburqda üz-üzə gəliblər. O zaman bolqar Derekə qalib gəlib. İndi 38 yaşlı britaniyalı 41 yaşlı Pulevdən qisas almağa çalışacaq.


Tural Tağıyev
AzVision.az



Teqlər: Boksçu  





Xəbər lenti