Narkotik çəkib maşınla dönər ətləri daşıdı
Belə ki, 11 iyul 2022-ci il tarixdə “Ford” markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında stasionar postda saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı, nəqliyyat vasitəinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə biryerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.
M.Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
AzVision.az
Teqlər: DYP