Tovuzda 34 yaşlı şəxsi öldürən ələ keçdi

Tovuzda 34 yaşlı şəxsi öldürən ələ keçdi
  13 İyul 2022    Oxunub:1032
Tovuz rayonunda 34 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi açılıb.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, iyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Tovuz  





Xəbər lenti