“Qaziantep” – “Neftçi” matçında hesab açılmadı

“Qaziantep” – “Neftçi” matçında hesab açılmadı
  14 İyul 2022    Oxunub:1192
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu sonuncu yoxlama oyununu keçirib.
AzVision.az xəbər verir ki, Bakı təmsilçisi Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində “Neftçi” ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Digər yoxlama oyununda “Neftçi” klubu “Sivasspor”a 0:1 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər:





Xəbər lenti