General hesabat verdi: 6 ayda cinayətlərin 84 faizi açılıb

   General hesabat verdi:    6 ayda cinayətlərin 84 faizi açılıb
  15 İyul 2022    Oxunub:1601
Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayətin qeydə alınıb, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub, 90,2 faizinin açılmasının təmin edilib,
Onun sözlərinə görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib. Onun sözlərinə görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılması 2,2 faiz yaxşılaşıb.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açıldığını, 4.832 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini vurğulayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti