Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

   Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
  16 İyul 2022    Oxunub:1393
Bədii gimnastika üzrə Avropa çempionatı gələn il Azərbaycanda keçiriləcək.
AzVision.az Avropa Gimnastika İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

AzVision.az



Teqlər:





Xəbər lenti