Cənubi Koreyanın müdafiə naziri ABŞ-a gedəcək

Cənubi Koreyanın müdafiə naziri ABŞ-a gedəcək
  18 İyul 2022    Oxunub:1784
Cənubi Koreyanın milli müdafiə naziri Li Con Sop gələn həftə Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostin ilə görüşəcək.
Bu barədə bazar ertəsi KBS telekanalı mənbəyə istinadən məlumat yayıb. Li Con Sop gələn həftə çərşənbə günü Koreya Müharibəsi Veteranları Memorialında keçiriləcək mərasimdə iştirak etmək üçün Vaşinqtonda olacaq.

Görüş zamanı nazirlərin ikitərəfli əlaqələri, birgə müdafiə məsələlərini, o cümlədən may ayında Seulda keçirilən sammitdə iki ölkə liderlərinin əldə etdikləri razılaşmaların həyata keçirilməsi ilə bağlı tədbirləri müzakirə edəcəyi gözlənilir. Nazirlər birgə təlimlər və Amerikanın strateji vasitələrinin Koreya yarımadasında yerləşdirilməsi barədə fikir mübadiləsi apara bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti