“Qarabağ” “Sürix”i yendi - YENİLƏNİB

 “Qarabağ” “Sürix”i yendi -   YENİLƏNİB
  19 İyul 2022    Oxunub:1544
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
AzVision.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşıb.

Qarşılaşma Qurban Qurbanovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.

***

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub.


AzVision.az xəbər verir ki, 65-ci dəqiqədə qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.

Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. Azərbaycan təmsilçisi hazırda 3:1 hesabı ilə öndədir.

***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.


AzVision.az xəbər verir ki, "köhlən atlar" 36-cı dəqiqədə ikinci dəfə rəqibi mərkəzə dəvət edib.

Bu dəfə İbrahima Vadji fərqlənib.

***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

AzVision.az xəbər verir ki, "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.

"Qarabağ"ın qolunu Kadi Borges vurub.

***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti