Əlil dövlətin verdiyi maşınla narkokuryerlik etdi - VİDEO
Seymur Hüseynovun üzərinə, həmçinin idarə etdiyi “Lifan” markalı avtomobilə baxış zamanı ümumilikdə 78 kiloqram, o cümlədən 47 kiloqram heroin, 26 kiloqram marixuana, 4 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 500 ədəd psixotrop tərkibli satışı qardağan edilən metadon həbi aşkar edilib. Aparılan araşdırmalarla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Seymur Hüseynovun Birinci Qarabağ müharibəsi əlili olduğu, narkotiklərin daşınmasında istifadə etdiyi avtomobilin isə ona dövlət tərəfindən verildiyi müəyyən edilib.
Qeyd edək ki, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarından yayınmağa çalışıb və ehtiyatsızlıqdan idarəetməni itirərək qəza törədib. Qəza zamanı sürücü hər hansı bir xəsarət almayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Seymur Hüseynovun xaric və ölkə daxilindəki cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: