Altı ayda Bakıda ölümlə nəticələnən 100 yol qəzası olub

Altı ayda Bakıda ölümlə nəticələnən 100 yol qəzası olub
  20 İyul 2022    Oxunub:925
Bu il Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.

Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı olan cinayət işləri olub ki, müvafiq dövr ərzində ölümlə nəticələnən 100 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrin açılması təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti