Şirvanda saxta torpaq sənədi hazırlayanlara cinayət işi başlanıldı
Şirvan şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.
AzVision.az
Teqlər: