Bu il 106 milyon manatdan çox ziyan ödətdirilib

   Bu il 106 milyon manatdan çox ziyan ödətdirilib
  22 İyul 2022    Oxunub:1297
Bu il cinayət işləri üzrə 106 milyon 572 min manatın ödətdirilməsi təmin edilib.
Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

AzVision.az



Teqlər:





Xəbər lenti