Aliment borcuna görə neçə nəfər həbs olunub?

   Aliment borcuna görə neçə nəfər həbs olunub?
  22 İyul 2022    Oxunub:1488
Aliment tələbinə dair icra sənədləri üzrə 2022-ci ilin birinci yarımilində beş minədək borclu axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 3500-dək borclu hesabat dövrünün sonuna axtarışda olub. İlin birinci yarımilində icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1000-dən çox borclunun barəsində inzibati həbs tətbiq olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti