Bu il cinayət işləri üzrə vurulan 62 milyonluq ziyanın 87,5 faizi ödənilib

   Bu il cinayət işləri üzrə vurulan 62 milyonluq ziyanın 87,5 faizi ödənilib
  25 İyul 2022    Oxunub:1210
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, bu günün rəqəmi isə 54.405.000-dır. Belə ki, 2022-ci ilin I yarım ili ərzində prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti