Oğurluq edən yeniyetmələr ələ keçdi
Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət əşyaları və nağd pul oğurladıqları məlum olub.
Vətəndaşlara 20 000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb. Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: