Bu göyərtilər bədəndə qurdları öldürür
Bəzi göyərtilər orqanizmi müxtəlif qurdlardan təmizləmək xüsusiyyətinə malikdir.
Bu göyərtilər arasında:
- Göy soğan və sarımsaq ən güclü parazit əleyhinə göyərtilər sayılır. Qidalanmanıza tez-tez bu göyərtiləri daxil edin.
- Fitonsidlərlə zəngin olan reyhan və tərxun da güclü qurdəleyhinə vasitədir.
- Keşniş və keşniş toxumu. Keşniş toxumu əsasında belə təbii qurdqovucu dərman hazırlamaq olar: 1/2 ç.q. keşniş toxumu 1 ç.q. balla qarışdırılır və səhər tezdən acqarına qəbul edilir. 30-40 dəqiqədən sonra qida qəbul etmək olar. Müalicə kursu - 10 gün.
- Şüyüdün yarpaqları, gövdələri, toxumları qurdları öldürür.
- Gicitkən. 1 x.q. xırdalanmış gicitkən 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1 x.q. olmaqla içilir.
- Vəzəri də qurdəleyhinə təsirə malikdir.
Nəzərə almaq lazımdır ki, yaxşı yuyulmamış göyərtilərin üzərində qurdların yumurtaları ola bilər. Bu səbəbdən göyərtiləri əvvəl suya sirkə əlavə edilmiş suda islatmaq, sonra isə yaxşı yumaq lazımdır. /saglamolun.,az/
Teqlər: