Ev davası ölümlə nəticələndi
Sakinlərin bildirdiyinə görə, İbdulla Səfərov ata yurdunun üçdəbir hissəsinin ona aid olduğunu deyərək, evi sökmək istəyirmiş. Qardaşlar buna etiraz ediblər.
Digər məlumata əsasən, qətl törədən qardaşların ataları hazırda həbsdədir. Onun həbsinə səbəb qardaşı İbdulla Səfərovla dava etməsi olub.
Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə istintaq davam edir. (Modern.az)
AzVision.az
Teqlər: