Məşhur mağaza şəbəkəsinin filial müdiri ölü tapıldı

 Məşhur mağaza şəbəkəsinin filial müdiri ölü tapıldı
  03 Avqust 2022    Oxunub:1374
Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.
AzVision.az xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, "Kığılı" geyim mağazasının "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti