Kişini video ilə şantaj edib 10 min manat istədilər

Kişini video ilə şantaj edib 10 min manat istədilər
  03 Avqust 2022    Oxunub:1159
Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.
AzVision.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.

Bakı Şəhər BPİ-inin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, saxlanlaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti