FHN Xırdalandakı partlayışla bağlı məlumat yaydı - YENİLƏNİB

FHN Xırdalandakı partlayışla bağlı məlumat yaydı -  YENİLƏNİB
  03 Avqust 2022    Oxunub:1846
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***
Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

AzVision.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

Bakıda 10 il əvvəl baş verən qətllə bağlı məhkəmə başlayır
Bərdədə yanğın olub
Bakıda 24 küçə və prospektdə sıxlıq var - SİYAHI
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Ətraflı məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti