Xırdalandakı partlayışın mümkün səbəbi açıqlandı

   Xırdalandakı partlayışın mümkün səbəbi açıqlandı
  04 Avqust 2022    Oxunub:928
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti