“Azərpoçt”un inkassatoru şirkətin pulunu mənimsədi

“Azərpoçt”un inkassatoru şirkətin pulunu mənimsədi
  04 Avqust 2022    Oxunub:1280
“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib.
Bu barədə AzVision.az -a Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti