Dənizdə, hovuzda çiməndə danışmayın - Həkim

   Dənizdə, hovuzda çiməndə danışmayın -    Həkim
  04 Avqust 2022    Oxunub:1479
Dənizdə, hovuzda, göldə çimən zaman sakit olmaq və danışmmamaq, gülməmək lazımdır.

Bakupost.az xəbər verir ki, bu barədə qulaq-boğaz həkimi Vladimir Zayçev məlumat verib.

Açıq su hövzələrində çimən, üzən zaman ağzınızı açmayın, dəniz, hovuz suyunun yuxarı tənəffüs yollarına düşməsinə imkan verməyin. Çünki bu orqanizm üçün zərərli ola bilər.

Çirkli su traxeya, bronx və ağciyərlərin iltihabi proseslərinə səbəb olan mikroorqanizm və bakteriyalarla doludur. Əgər immunitet bacarmasa, pnevmoniya ola bilər.

Ona görə dənizdən, hovuzdan bir neçə gün sonra temperatur qalxa bilər.

Yuxarı tənəffüs yollarını qırtlaq altı qoruyur. İnsan suda üzərkən, çimərkən danışıb, gülürsə traxeyanın yolu açıq qalır, su istər-istəməz burdan keçir. Əgər insan üzərkən ağzını yumsa, heç bir pis hadisə baş verməyəcək. Uzaq başı su mədəyə düşəcək.

Suda olarkən döş qəfəsindən yuxarı həddə qədər dərinliyə getməyin. Bu zaman da suyun qırtlağa düşmə ehtimalı artır.

Xüsusulə uşaqlar və hamilə qadınlar dəniz, hovuz suyunun ağıza düşməsinə yol verməməlidir.


Teqlər:





Xəbər lenti