Tanışını işə düzəltmək adı ilə aldadana cinayət işi açıldı

   Tanışını işə düzəltmək adı ilə aldadana cinayət işi açıldı
  05 Avqust 2022    Oxunub:1389
Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Ağdaş rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti