Laçında döyüş tapşırığını yerinə yetirən əsgərimiz həlak oldu

   Laçında döyüş tapşırığını yerinə yetirən əsgərimiz həlak oldu
  05 Avqust 2022    Oxunub:1435
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: Laçın  





Xəbər lenti