UEFA Putin şüarlarına görə "Fənərbağça"nı cəzalandırıb

UEFA Putin şüarlarına görə "Fənərbağça"nı cəzalandırıb
  05 Avqust 2022    Oxunub:1289
UEFA Türkiyənin "Fənərbağça" klubunu cəzalandırıb. AzVision.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.
Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Məsələni araşdıran UEFA "Fənərbağça"nı 50 000 avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

Qeyd edək ki, "Fənərbağça" - "Dinamo" görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti