Qaziyə sinir nəqli edildikdən sonra barmaqlarının funksiyası bərpa olunub

Qaziyə sinir nəqli edildikdən sonra barmaqlarının funksiyası bərpa olunub
  06 Avqust 2022    Oxunub:1562
Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib. İnstitutun direktoru Dr. Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.
Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdir. ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulmuşdur.Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilmişdir. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti