FHN-dən
AzVision.az -a verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub. Əlavə məlumat veriləcək.
AzVision.az