Nömrənin üstünü örtən sürücülər saxlanıldı

   Nömrənin üstünü örtən sürücülər saxlanıldı
  08 Avqust 2022    Oxunub:523
Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a verilən məlumata görə, “KamAZ” markalı, 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu saxlanılıblar.

Onların idarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyən edilib. Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq tədbirlər görülüb.

AzVision.az

Teqlər:







Xəbər lenti