“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır” - Çerçesov

   “Qarabağ” çox yaxşı hazırlıqlı komandadır” -    Çerçesov
  08 Avqust 2022    Oxunub:1126
“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır. Biz rəqiblərlə ilk oyundan sonra onları daha yaxşı tanıyırıq. Ola bilsin ki, buna görə cavab matçını daha yaxşı keçiririk. Ancaq bunun başqa xüsusi bir səbəbi yoxdur”.
AzVision.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransıda deyib.

Rusiyalı mütəxəssis zədəli futbolçuları barədə də danışıb: "Bu mövsüm artıq 6 rəsmi oyun keçirmişik. Bu üzdən zədəli futbolçunun olması normaldır. Ümid edirəm ki, zədəli oyunçularımız “Qarabağ”la matçda sərəncamımızda olacaq".

Çeçesov bildirib ki, sabahkı oyun tam fərqli olacaq: “Oyunun müəyyən anlarında deyil, 90 dəqiqə ərzində üstün olmaq istəyirik. Məqsədimiz sona qədər mübarizə aparmaq və hakimin final fitinə qədər gücdən düşməməkdir. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.

Çerçesov oyunsonrası penaltilər seriyasına da hazırlaşdıqlarını etiraf edib: “Biz bütün variantlara hazırlaşmışıq”.

Qeyd edək ki, sabah Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti