Azərbaycan İslamiadada növbəti medalını qazanıb

Azərbaycan İslamiadada növbəti medalını qazanıb
  09 Avqust 2022    Oxunub:1162
Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
AzVision.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.

AzVision.az



Teqlər: Medal  





Xəbər lenti