“Qəbələ”də ukraynalı yarımmüdafiəçi

   “Qəbələ”də ukraynalı yarımmüdafiəçi
  10 Avqust 2022    Oxunub:1012
Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qırmızı-qaralar" ukraynalı yarımmüdafiəçi Andrey Strijakı heyətinə qatıb.

Klub 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Qeyd edək ki, bu, "Qəbələ"nin yay transfer dövründə altıncı oyunçu keçididir. Klub bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu transfer edib.

AzVision.az



Teqlər:





Xəbər lenti