Azərbaycan idman gimnastikasında ilk qızıl medalını qazanıb

   Azərbaycan idman gimnastikasında ilk qızıl medalını qazanıb
  11 Avqust 2022    Oxunub:1023
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.

Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.

Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti