Rusiyada iki uşağını öldürən ana intihar etdi

   Rusiyada iki uşağını öldürən ana intihar etdi
  15 Avqust 2022    Oxunub:1206
Rusiyanın Belqorod şəhərində yerli sakin iki və dörd yaşlı uşaqlarını öldürüb, sonra isə intihar edib.
Bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, 2 və 4 yaşlı uşağını öldürən ana onların meyitlərini evin qarajındakı avtomobilə qoyub: “Müstəntiqlərin fikrincə, uşaqların qətlini ana törədib. Qadının özü evin həyətində intihar edib”, - açıqlamada bildirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (iki nəfər, o cümlədən yetkinlik yaşına çatmayanları öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


AzVision.az



Teqlər:





Xəbər lenti