28 yaşlı xanım prokuror vəfat etdi

28 yaşlı xanım prokuror vəfat etdi
  16 Avqust 2022    Oxunub:1008
Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il prokurorluq orqanlarına qəbul olunan 28 yaşlı Ş.Quliyeva xəstəlik səbəbindən dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib.

Qeyd edək ki, prokurorluq orqanlarına yeni qəbul olunan Ş.Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub.

Allah rəhmət eləsin!
AzVision.az



Teqlər: Prokuror  





Xəbər lenti