Dörd rayonda yanğınlar davam edir - VİDEO

   Dörd rayonda yanğınlar davam edir -    VİDEO
  17 Avqust 2022    Oxunub:1299
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Yanğınsöndürmə əməliyyatları davam etdirilir. Əlavə məlumat veriləcək.



AzVision.az



Teqlər:





Xəbər lenti