V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir
Tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud iştirak edirlər.
Əvvəlcə Konyanın tarixi, mədəniyyəti və turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Sonra Türkiyənin Dövlət Bayrağı qaldırılıb və Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.
Daha sonra Oyunlarda iştirak edən 54 ölkənin bayrağı səhnəyə gətirilib. Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olub.
Yarışların iştirakçıları, o cümlədən Azərbaycan idmançıları stadiona daxil olaraq paradda iştirak ediblər.
Beşinci İslam Həmrəyliyi Oyunlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Bağlanış mərasimi davam edir.
AzVision.az
Teqlər: