Burada yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub.
Yanğının baş verdiyi Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında də yanğınsöndürmə əməliyyatları davam etdirilir. Görülmüş müvafiq tədbirlər nəticəsində burada qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır. Qeyd edək ki, avqustun 15-dən etibarən Şimal regionunda baş verən yanğınlar nəticəsində bu günədək təxminən 5 min hektar ərazi yanıb. Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
AzVision.az