Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırma aparılır

Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırma aparılır
  22 Avqust 2022    Oxunub:1494
Cəlilabadda ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti