Cüdoçumuz dünya çempionatında üçüncü yeri tutdu

Cüdoçumuz dünya çempionatında üçüncü yeri tutdu
  25 Avqust 2022    Oxunub:1195
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.
AzVision.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb. Təmsilçimiz Nizami İmranov (60 kq) üçüncü yer uğrunda mübarizədə fransalı Dayyan Boulemtafesə qalib gəlib.

Qeyd edək ki, buna qədər komandamızın üzvləri Şahin Oruczadə (55 kq) mundialın gümüş, Aydan Vəliyeva (48 kq) bürünc medallarına sahib olublar.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti