Özündən 31 yaş kiçik sevgilisini çox içdiyinə görə öldürdü

Özündən 31 yaş kiçik sevgilisini çox içdiyinə görə öldürdü
  29 Avqust 2022    Oxunub:1411
Rusiyanın Kemerovo vilayətində 67 yaşlı qadın onla birgə yaşayan şəxsi öldürməkdə təqsirli bilinib.
Bu barədə vilayətin İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Cinayət 2021-ci ilin dekabrında törədilib. Evə qayıdan qadın onun 36 yaşlı sevgilisinin dostları ilə spirtli içki içdiyini görüb. O, kişini sərxoşluqda ittiham edərək təhqir edib.

Qonaqlar gedəndə yaşlı qadın bıçaq götürərək sevgilisinin boynuna bir neçə bıçaq zərbəsi vurub, sonra təcili yardım çağırıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Şübhəli şəxs saxlanılıb, o, törətdiyi əməldə özünü təqsirli bilib və istintaqla əməkdaşlıq edib. Məhkəmənin hökmü ilə qadın 6,5 il müddətinə azadlıqdan məhrum edilib, o, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti